"Patrul: Sonuncu Əmr" filminin təqdimatı

20 may 2026

"Patrul: Sonuncu Əmr" filminin təqdimatı

30 aprel tarixində Park Bulvar ticarət mərkəzi və Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Qazaxıstan istehsalı olan və iti satirik yumora sahib "Patrul: Sonuncu Əmr" filminin möhtəşəm təqdimatı baş tutdu. Filmin aktyor heyəti, eləcə də həm prodüseri, həm də rejissoru Rustem Omarov Azərbaycana qonaq gələrək, tamaşaçılarla görüşdülər.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri cənab Alim Bayel, eləcə də Park Cinema kinoteatrlar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyev də iştirak etmişdi.