28 Sentyabr 2024 tarixində "Park Bulvar” AVM-nin təşkilati dəstəyilə “Müasir Psixologiya Mərkəzi” tərəfindən uşaqlar üçün ödənişsiz diaqnostika, psixoloji testlər keçirilmişdir. Həmçinin valideynlərlə onların məktəbli övladları ilə bağlı sual-cavab da təşkil edilmişdir.